Dünya kubokunda halqa ilə yarışlara israilli gimnast Linoy Aşram başçılıq edir
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

Milli Gimnastika Arenasında gimnastlar fərdi proqramda halqa və topla fərdi proqramlarını təqdim edirlər.

Halqa ilə yarışlara İsrail gimnastı Linoy Aşram başçılıq edir. Gimnastın çıxışı hakimlər tərəfindən 24,250 xalla qiymətləndirilib. Özbəkistanlı Sabina Taşkenbayeva 24 xalla ikinci, ABŞ təmsilçisi Laura Zenq isə 23,800 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycanı fərdi proqramda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova təmsil edəcəklər.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Xəbər 361 dəfə oxundu.