İsrailli gimnastlar dünya kubokunda top ilə yarışlarda uğurlu çıxışları ilə yadda qalıblar
İsrailli gimnastlar Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kubokunda top ilə yarışlarda uğurlu çıxışları ilə yadda qalıblar.

Hazırda gimnastların topla fərdi yarışında liderlik Linoy Aşrama məxsusdur. Belə ki, gimnastın çıxışı 27,200 xalla qiymətləndirilib. Onun komanda yoldaşı Nikol Zelikman 25,400 xalla ikinci sırada qərarlaşıb. İlk üçlüyü Viktoriya Onopriyenko (24,825 xal) tamamlayır.

Azərbaycanı fərdi proqramda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova təmsil edəcəklər.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Xəbər 396 dəfə oxundu.