“Böyük dəbilqə” turnirinin sonuncu günündə bir cüdoçumuz mübarizə aparacaq
Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin sonuncu günündə - mayın 7-də Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev onaltıdabir final mərhələsində Slovakiya təmsilçisi Marius Fizel ilə qarşılaşacaq.

Turnirə 10 cüdoçu ilə qatılan komandamızın aktivində bir medal var. Kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev bürünc medala sahib olub. İdmançımız bu nəticə ilə həm də Tokio Yay Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

“Böyük dəbilqə” turnirinə 79 ölkədən 400-dən çox idmançı qatılıb.

Xəbər 380 dəfə oxundu.