Bu gün millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Gürcüstanda təşkil olunacaq birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə yanaşı, Monteneqro və Yunanıstan komandaları ilə qarşılaşacaq.

Millimiz bu gün keçirəcəyi birinci oyununda Monteneqro seçməsini sınağa çəkəcək.

Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün isə Yunanıstan-Azərbaycan oyunları keçiriləcək.

Xəbər 348 dəfə oxundu.