İki sərbəst güləşçimiz dünya Olimpiya təsnifat turnirinin bürünc medalı uğrunda yarışacaq
İki sərbəst güləşçimiz Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya Olimpiya təsnifat turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) startda Otari Qoqavaya (Gürcüstan) qalib gəlib. Səkkizdəbir finalda güləşçimizin rəqibi pakistanlı Məhəmməd Bilal olub. Rəqibini üstələyən güləşçimiz dörddəbir finala yüksəlib. Yarımfinala gedən yolda idmançımız Məhəmməd İkramov (Tacikistan) ilə qarşılaşıb. Görüşdən qalib ayrılan güləşçimiz yarımfinalda monqolustanlı Bexbayar Erdenebata uduzub və turnirin bürünc medalı uğrunda mübarizə aparacaq.

Turnirində 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abubakr Abakarov israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekovu məğlub edib. Təmsilçimiz növbəti görüşündə Boris Makoyevə (Slovakiya) məğlub olub. Təmsilçimiz üçüncü yer uğrunda xalça üzərinə çıxacaq.

Millimizin üzvü Vahid Qalayev (125 kq) isə ilk görüşdə İspaniya təmsilçisi Xose Kuba Vaskesdən üstün olub. Təmsilçimiz dörddəbir final mərhələsində Xose Dias Roberttiyə (Venesuela) məğlub olub və mübarizəni dayandırıb.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Xəbər 371 dəfə oxundu.