FIDE şahmat tacı uğrunda dünya çempionatının vaxtını dəyişməyəcək
FIDE şahmat tacı uğrunda norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək qarşılaşmanın vaxtını dəyişdirməyi planlaşdırmır.

Bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç jurnalistlərə açıqlamasında deyib. O, şahmat tacı uğrunda görüşə hazırlıq işlərinin artıq başladığını bildirib.

Qarşılaşma noyabrın 24-dən dekabrın 16-dək Dubayda təşkil olunacaq Ümumdünya Sərgisi çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Yekaterinburqda keçirilmiş iddiaçılar turnirində qalib gələn Rusiya təmsilçisi Yan Nepomnyaşi şahmat tacı uğrunda görüşdə iştirak hüququ qazanıb.

Xəbər 366 dəfə oxundu.