Ramil Şeydayev "Krılya Sovetov" klubundan təklif alıb
Millimizin və "Sabah" klubunun hücumçusu Ramil Şeydayev yenidən Rusiyaya qayıda bilər. Belə ki, keçmiş klubu "Krılya Sovetov" ona dəvət göndərib.

2018-ci ildə "Qarabağ"dan ayrılandan sonra Samara klubuna yollanan forvard ikinci dəfə burada çıxış edə bilər. Bunun üçün o, Rusiya təmsilçisinin birillik müqavilə təklifini qəbul etməlidir.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda futbol üzrə Rusiya birinci divizionunun lideridir. Qırx tura 93 xal toplayan komanda Premyer Liqaya vəsiqəni təmin edib.

Xəbər 343 dəfə oxundu.