Binəqədidə şahmat turniri keçirilib
Mayın 6-da Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Yarışın yekun nəticələrinə əsasən birinci yerə “Ulu Öndər” komandası, ikinci və üçüncü yerə “Lider” və “Qızıl Çinar” komandaları layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak edib.

Xəbər 576 dəfə oxundu.