On yeddi yaşadək şahmatçılar “Təhsil” kubokunda mübarizə aparacaqlar
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 7-də ikinci beynəlxalq onlayn “Təhsil” kuboku turniri start götürəcək.

17 yaşadək şahmatçıların iştirak edəcəkləri turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil ediləcək. Turnirdə beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak edəcəklər.

Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların təcrübələrinin artırılmasından ibarətdir.

Xəbər 351 dəfə oxundu.