“Neftçi” klubu “Keşlə”nin aparıcı legioneri Sezar Meza Kollini transfer etməyə hazırlaşır
“Neftçi” klubu “Keşlə”nin aparıcı legioneri Sezar Meza Kollini transfer etməyə hazırlaşır.

Artıq paraqvaylı yarımmüdaiəçi ilə müqavilə şərtlərinin razılaşdırıldığı bildirilir.

"Ağ-qaralar" ona hazırkı komandasında qazandığından xeyli artıq maaş təklif edib. Əgər tərəflər arasında tam razılıq əldə olunsa Sezar “flaqman”la ikiillik müqavilə bağlayacaq.

Qeyd edək ki, ölkəmizdə “Zirə” klubunun da şərəfini qoruyan paraqvaylı futbolçu bir müddət Rumıniyanın “Krayova” klubunda çıxış etsə də, 2020-ci ildə yenidən “Keşlə”yə qayıdıb.

Xəbər 366 dəfə oxundu.