Fərid Nəbiyevin komandası növbəti qələbəsini qazanıb
Futbol üzrə Çexiya ikinci divizionunda 22-ci turun oyunları keçirilib.

Gənclərdən ibarət yığmamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə "Dukla" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

F.Nəbiyev start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

"Viktoriya Jijkov" klubu 22 turdan sonra 33 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Xəbər 355 dəfə oxundu.