Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Avropa çempionatına təyinat alıb
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Azsport.az AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin “D” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyunlar mayın 7-9-da Polşanın Valbjix şəhərində baş tutacaq. “D” qrupunda ev sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa milliləri mübarizə aparacaqlar.

Xəbər 360 dəfə oxundu.