"Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub
Bakı Olimpiya Stadionunda "Avro-2020" Bakı media könüllüləri üçün 6 saatlıq təlim proqramı təşkil olunub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, təlim proqramında könüllülərin "Avro-2020"də media sektorunda fəaliyyətləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, könüllülər üçün televiziya tarixi, aparıcılıq, şərhçilik və media sahəsinin incəlikləri ilə əlaqədar treninq keçirilib, praktiki oyunlar təşkil olunub.

Təlimi "CBC Sport" televiziya kanalının xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli və xəbərlər proqramının aparıcısı Əminə Kazımova keçiblər.

May ayı ərzində bütün sektorlar üzrə təlim proqramı təşkil olunacaq. Ümumilikdə, bütün könüllülər (2020 nəfər) təlimlərə cəlb olunacaq.

Xəbər 352 dəfə oxundu.