UEFA Çempionlar Liqasının finalına 25 min tamaşaçı buraxılacaq
UEFA Çempionlar Liqasının final matçına azarkeşlər buraxılacaq.

Bu barədə UEFA qərar qəbul edib.

Qitə futbol qurumu İstanbulda baş tutacaq həlledici qarşılaşmaya 25 min tamaşaçının buraxılacağını açıqlayıb. Finalda iştirak edəcək komandaların hər birinin 4 min azarkeşi üçün bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, final görüşü mayın 29-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 361 dəfə oxundu.