"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev üçün mövsüm başa çatıb
"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib.

O, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib.

Klubdan verilən məlumata görə, qapıçının sağ qolu sınıb. Bununla da təcrübəli qapıçı üçün mövsüm başa çatıb.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü turunda "Səbail"lə matçda ağır zədələnmişdi.

Xəbər 380 dəfə oxundu.