Futbol üzrə İngiltərə çempionatının son iki turunun oyunlarına azarkeşlər buraxılacaq
Futbol üzrə İngiltərə çempionatının oyunlarına azarkeşlərin buraxılması ilə bağlı müzakirələr artıq başa çatdırılıb.

Müzakirələr nəticəsində tamaşaçıların Premyer Liqanın son iki turunun oyunlarını tribunalardan izləmələrinə icazə verilməsi qərara alınıb. Bununla yanaşı, koronavirus pandemiyası səbəbindən tribunalara məhdud sayda tamaşaçının buraxılmasına icazə verilib. Belə ki, tribunalardan oyunları yalnız meydan sahibi komandanın azarkeşləri canlı izləyə biləcəklər. Qonaq komandanın azarkeşlərinın isə matçlara gələn mövsümdən buraxılması planlaşdırılır.

Xatırladaq ki, İngiltərə çempionatının son iki turunun oyunları mayın 19-da və 23-də keçiriləcək.

Xəbər 366 dəfə oxundu.