Rüstəm və Kifayət Bakıya əliboş qayıdırlar - FOTOLAR
Bu gün XXX Yay Olimpiya Oyunlarında cüdo yarışlarında daha 2 çəkidə mübarizəyə baş tutub. Azərbaycan idmançılarından Rüstəm Orucov (73 kq) və Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxıb. Təəssüf ki, həmyerlilərimizin heç biri 1/8 final səddini aşa bilməyərək, Olimpiada ilə erkən vidalaşıblar.

Kişilər
73 kq

Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) qarşılaşıb. İdmançımız 1:0 hesabı ilə geridə olduğu görüşün sonuna 32 saniyə qalmış rəqibinə ipponla qalib gələrək, 1/8 finala yüksəlib.

Bu mərhələdə cüdoçumuzun rəqibi rusiyalı Mansur İsayev olub. 20 yaşlı Orucov təcrübəli idmançı qarşısında aciz qalıb və 2 dəqiqə 44 saniyənin tamamında ippona düşüb.

Qadınlar
57 kq

Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, yarışda Vesna Cukiçi (Sloveniya) məğlub edən Kaori Matsumoto (Yaponiya) ilə qüvvəsini sınayıb.

Ancaq Kifayətin Olimpiadada növbəti cəhdi də alınmayıb. Həmyerlimiz yaponiyalı rəqibinə vazari fəndi ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

Xəbər 3957 dəfə oxundu.