Vedran Çorluka Xorvatiya millisinin məşqçilər korpusunda yer alacaq
Rusiyanın "Lokomotiv" klubunun müdafiəçisi Vedran Çorluka "Avro-2020"də Xorvatiya millisinin məşqçilər korpusuna daxil ediləcək.

Bunu Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.

Futbolçu baş məşqçi Zlatko Daliçin assistenti olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla, Avropanın 11 şəhərində keçiriləcək. Bakı Olimpiya Stadionu “A” qrupunda İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbər 373 dəfə oxundu.