“Keşlə”nin yarımmüdafiəçisi mövsümü erkən başa vurub
Paytaxtın “Keşlə” futbol klubunun moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk üçün cari mövsüm erkən başa çatıb.

Azərbaycan kubokunun yarımfinalında “Zirə” ilə ilk görüşdə zədələnən yarımmüdafiəçinin cari mövsümün sonunadək komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.

Y.Koçukun ölkə kubokunun mayın 24-də “Sumqayıt”la keçiriləcək final matçında iştirakı da sual altındadır.

Xəbər 363 dəfə oxundu.