"Neftçi" klubu serbiyalı müdafiəçisi ilə yeni müqavilə imzalayacaq
"Neftçi" klubu legionerlərdən biri haqda qərarını verib.

Klub serbiyalı müdafiəçisi Vojislav Stankoviçlə cari mövsümün sonunda başa çatan müqavilənin müddətini uzadacaq.

Otuz dörd yaşlı futbolçu ilə yeni anlaşmanın 1 illik olması gözlənilir.

Xatırladaq ki, V.Stankoviç 2019-cu ilin yayından "Neftçi"də forma geyinir. O, bunadək ölkəmizdə "İnter" və "Qəbələ"də çıxış edib.

Xəbər 449 dəfə oxundu.