"Sportinq" klubu UEFA Çempionlar Liqasının qalibi olub
Futzal üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada “Sportinq” və “Barselona” komandaları qarşılaşıb.

Görüş Portuqaliya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 377 dəfə oxundu.