Macarıstan tennis üzrə Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib
Macarıstan Tennis Assosiasiyası Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib.

Budapeştdə təşkili nəzərdə tutulan yarış çətin epidemioloji vəziyyətə görə ləğv edilib. Məlumatı Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Heqqerti də təsdiqləyib.

Budapeşt turnirə ev sahibliyi etmək hüququna 2020-ci ildən sahib olsa da, həmin vaxt yarış koronavirus infeksiyasına görə təxirə salınmışdı.

Qeyd edək ki, Billi Cin Kinq kuboku əvvəllər Federasiya kuboku adı ilə təşkil olunub.

Xəbər 408 dəfə oxundu.