Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda ilk məşqinə çıxıb
Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstandadır.

Millimiz turnirin "F" qrupunun matçlarının keçiriləcəyi “Yeni Voleybol Arena”da ilk məşqini keçirib.

Qeyd edək ki, millimiz “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq.

Xəbər 362 dəfə oxundu.