“Mercedes” Valtteri Bottası digər pilotla əvəzləyə bilər
“Mercedes” Valtteri Bottasa olan inamını itirdiyi üçün onu mövsümün sonunadək digər pilotla əvəzləyə bilər.

Bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsas namizədlər arasında ötən mövsüm Formula 1 Bəhreyn Qran-Prisində koronavirus səbəbindən yarışda iştirak etməyən Luis Hamiltonu əvəzləyən Corc Rasselin adı çəkilir.

İddialara görə, Portuqaliyadakı Qran-Pridə Bottasın üçüncü nəticə göstərməsi komanda rəhbərliyini narazı salıb.

Valtteri Bottas “Mercedes”də beşinci mövsümünü keçirir və bu müddət ərzində doqquz yarışda qalib gəlib.

Xəbər 388 dəfə oxundu.