Eltac Səfərli Azərbaycan çempionatına qələbə ilə başlayıb
Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.

Yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır.

Yekun nəticələrə görə, Eltac Səfərli Urfan Sevdimalıyevə qalib gəlib gələrək aktivinə 1 xal yazdırıb. Digər oyunlarda - Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Misrətdin İsgəndərov Abdulla Qədimbəyli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı ilə heç-heçə ediblər.

On bir turdan ibarət olan yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.

Xəbər 371 dəfə oxundu.