Formula 1 Monako Qran-Prisi gündə 7 min 500-dək tamaşaçı qəbul edəcək
Formula 1 Monako Qran-Prisinin keçirildiyi günlərdə xarici azarkeşlər də daxil olmaqla, tribunalara məhdud sayda tamaşaçının buraxılması barədə qərar qəbul olunub.

Məhdudiyyətlərin tədricən azaldığı yarış günlərində tribunalara gündə 7 min 500 tamaşaçıdan çox olmamaq şərtilə azarkeşlər buraxılacaq. Bu da tribuna tutumunun 40 faizini təşkil edir.

Monako sakinləri istisna olmaqla, hər kəs tribunalara girmək üçün ən tez 72 saat əvvəl keçdiyi COVID-19-un mənfi testini təqdim etməlidir. Formula 1 Monako Qran-Prisi mayın 20-23-də keçiriləcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında baş tutacaq.

Xəbər 472 dəfə oxundu.