Türkiyə-Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib
Xəbər verdiyimiz kimi, mayın 27-də futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Alanyadakı Oba stadionunda keçiriləcək qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Oyun yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Xəbər 359 dəfə oxundu.