Azərbaycan atleti Xorvatiyada Avropa kuboku turnirində iştirak edəcək
Mayın 8-9-da Xorvatiyada atmalar üzrə Avropa kuboku turniri keçiriləcək.

Ölkəmizi yarışda çəkicatma növündə Anna Skidan təmsil edəcək.

Qeyd edək ki, idmançımız məşqçisi Artem Rubankonun rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər 437 dəfə oxundu.