Azərbaycan - Portuqaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Portuqaliya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan - Portuqaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 7-də təşkil olunacaq matç saat 20:00-da başlayacaq.

Xəbər 455 dəfə oxundu.