“Avro-2020”də iştirak edəcək milli komandaların heyətindəki futbolçuların sayı artırılıb
“Avro-2020”də iştirak edəcək milli komandaların heyətindəki futbolçuların sayı artırılıb.

Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, qitə birinciliyinə qatılacaq 24 yığmanın hər biri turnir üçün 23 yox, 26 oyunçu sifariş edə biləcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla, Avropanın 11 şəhərində keçiriləcək. Bakı Olimpiya Stadionu “A” qrupunda İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbər 348 dəfə oxundu.