Boyanka Kostova London Olimpiadasında A qrupunda yarışacaq
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) London Olimpiadasında A qrupunda yarışacaq. İdman.com.az saytının məlumatına görə, bolqar əsilli atletimizin mübarizə aparacağı qrupun üzvləri podiuma Bakı vaxtı ilə saat 19:30-dan çıxmağa başlayacaqlar.

19 yaşlı idmançımızın A qrupunda 10 rəqibi var ki, onlar arasında da Nastasiya Novikova (Belarus), Hsinq-Çun Kuo (Tayvan), Pimsiri Sirikaev (Tailand) və Çun Mi Yonq (Şimali Koreya) kimi güclü atletlər var.

Qeyd edək ki, Kostova 2009-cu ildə yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı (Belarus), həmin ildə Yeniyetmələrin ilk Olimpiya Oyunlarının qalibi (Sinqapur), 2012-ci ildə Avropa çempionu (Türkiyə) və 2011-ci ildə Azərbaycan çempionu adına yiyələnib.


Xəbər 1135 dəfə oxundu.