Şahmatçılarımız Azərbaycan çempionatında mübarizəyə başlayırlar
Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçiriləcək.

Yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparacaq.

Birinci turda Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Urfan Sevdimalıyev Eltac Səfərli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı, Misrətdin İsgəndərov isə Abdulla Qədimbəyli ilə mübarizə aparacaqlar.

On bir turdan ibarət yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.

Xəbər 340 dəfə oxundu.