London 2012: Zülfiyyə dünya rekordu ilə əlamətdar olub
London Olimpiadasının ağırlıqqaldırma yarışları yeni dünya rekordu ilə əlamətdar olub. İdman.com.az saytının məlumatına görə, çəkisi 53 kq-dək olan qadınların yarışında Qazaxıstan təmsilçisi Zülfiyyə Çinşanlo fərqlənib.

O, təkanla qaldırmada ilk cəhddə 125 kq-lıq ağırlıq qaldırmaqla çempion adını qazanıb. Növbəti cəhddə dünya və olimpiya rekordu sifariş verən idmançı 131 kq-ın öhdəsindən gəlib. Son cəhddə 135 kq qaldırmaq istəyən Zülfiyyə uğursuzluqla üzləşib. İki hərəkətin cəmində 226 kq (95+131) nəticə ilə idmançı olimpiya rekordu müəyyənləşdirib.


Xəbər 1520 dəfə oxundu.