Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.

Ümumi hesabda Paşam Əlizadə, qızlar arasında isə Fatimə Abdullayeva birinci yeri tutublar. Allahverdi Həmidov, Ayan Allahverdi yarışı ikinci, Yunis Mahmudzadə və Fidan Təhməzova isə üçüncü pillədə başa vurublar.

Şəhid Qoşqar Ömərov “Vətən uğrunda”, “Fizulinin azad olunmasına” və “Xocavəndin azad olunmasına” görə medalları ilə təltif edilib.

Xəbər 359 dəfə oxundu.