Sabah Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək
Sabah Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək.

Turnirdə Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Fərid Abbasov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Urfan Sevdimalıyev və Kənan Qarayev iştirak edəcəklər.

Turnirin oyunları saat 14:00-da start götürəcək. On bir turdan ibarət olan dairəvi sistem üzrə keçiriləcək yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.

Xəbər 373 dəfə oxundu.