“Avro-2022”: Qrup liderləri arasında ən zəif nəticəni Portuqaliya millisi göstərib
Futzal üzrə Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmış 8 qrup liderindən yarısı qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Belə ki, Xorvatiya, Rusiya, İspaniya və Qazaxıstan 6 oyunun hamısında qələbə qazanıb. Nəticədə onlar 18 xalla liderliyi təmin ediblər.

Millimiz isə cəmi bir qarşılaşmada xal itirib. Söhbət Slovakiya ilə səfər görüşündən gedir. Bu qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yekunda komandamız 16 xal toplayıb. Digər 3 iştirakçıdan ikisinin qazancı 15, birinin isə 14 xal olub. Bosniya Herseqovina və İtaliya hərəyə bir matçda məğlub olublar. Buna görə də onların aktivində 15 xal olub. Portuqaliya heç bir qarşılaşmada məğlub olmasa da, 2 dueldə xalları yarı bölüb. Buna görə də qrup mərhələsini lider kimi başa vuran komandalar arasında ən az xalı Avropa çempionatının son qalibi toplayıb.

Xəbər 358 dəfə oxundu.