Azərbaycan Futzal Federasiyasının prezidenti millimizin baş məşqçisi ilə görüşüb
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandanın baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, görüşdə milli komandanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib, gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Baş məşqçi Azərbaycan milli komandasına yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.


Xəbər 383 dəfə oxundu.