Kifayət Qasımova Kaori Matsumoto ilə qüvvəsini sınayacaq
XXX Yay Olimpiya Oyunlarının III yarış günüdə cüdo proqramında daha 2 çəkinin qalibi müəyyənləşəcək. İdman.com.az saytının məlumatına görə, Azərbaycan millisi 73 kq çəki dərəcəsində Rüstəm Orucov, 57 kq çəki dərəcəsində Kifayət Qasımova ilə təmsil olunacaq.

Qadınlar
57 kq
Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayacaq. O, yarışda Vesna Cukiçi (Sloveniya) məğlub edən Kaori Matsumoto (Yaponiya) ilə qüvvəsini sınayacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:01-də başlayacaq.

Kişilər
73 kq
Pekin Olimpiadasında Elnur Məmmədlinin Olimpiya çempionu olduğu çəkidə Azərbaycanı təmsil edəcək Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) münasibətinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 14:40-da start götürəcək.

Qeyd edək ki, Böyük Britaniya paytaxtına 8 cüdoçu ilə yollanan millimizin heyətində İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) Olimpiadanı medalsız başa vurub.


Xəbər 1194 dəfə oxundu.