Yeniyetmə tamblinqçilərimiz Avropa çempionatında bürünc medal qazanıblar
Azərbaycanın gənclərdən ibarət tamblinq komandası Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

Xəbər 375 dəfə oxundu.