Azərbaycan Premyer Liqasının XXV turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Buna səbəb gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.

Xəbər 359 dəfə oxundu.