Azərbaycan millisi Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə qarşılaşacaq
Aprelin 30-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında qadın futbolçulardan ibarət milli komandalar arasında final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda “E” qrupunda Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə mübarizə aparacaq.

Xəbər 413 dəfə oxundu.