Azərbaycan kuboku yarışlarında final görüşünün keçiriləcəyi stadion müəyyənləşib
Futbol üzrə Azərbaycan kuboku yarışlarında 2020/2021-ci il mövsümünün final görüşünün keçiriləcəyi stadion müəyyənləşib.

Azsport.az peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Sumqayıt” və “Keşlə” komandaları arasında baş tutacaq final mayın 24-də “Bank Respublika Arena”da oynanılacaq.

Qarşılaşmanın başlanma saatı hələ müəyyənləşməyib.

Xəbər 354 dəfə oxundu.