Dünya Olimpiya təsnifat turnirində Azərbaycanı 5 sərbəst güləşçi təmsil edəcək
Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.

Turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Turnirdə ölkəmizi yunan-Roma güləşi yarışlarında Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokiayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən yalnız İslam Abbasov (87 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sərbəst güləşçilərimizdən isə Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) “Tokio-2020”yə vəsiqəni təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.

Xəbər 376 dəfə oxundu.