London Olimpiadasında kuryoz hadisə baş verib
London Olimpiadasında kuryoz hadisə baş verib. İdman.com.az saytının məlumatına görə, İngiltərə paytaxtında futbol turnirində 9 oyunun keçiriləcəyi məşhur “Uembli” stadionunda açarları itib.

Jurnalistlərin verdiyi məlumata görə, açarlar həmin arenada təhlükəsizliyin təmin edilməyi ilə əlaqədar polisə təhvil verilib. Ancaq indi onların harada olmağı məlum deyil.

Belə ehtimal olunur ki, açarlar oğurlanmayıb, əməkdaşlardan biri tərəfindən itirilib. Onun dublikatının hazırlanmağının qiyməti açıqlanma da, 10 minlərlə dollara başa gələ biləcəyi məlumdur.

Xəbər 1128 dəfə oxundu.