Şahmatçımız Aydın Süleymanlı Monteneqroda keçirilən turnirin qalibi olub
Şahmatçımız Aydın Süleymanlı Monteneqronun Niksiç şəhərində keçirilən turnirdə yüksək nəticə göstərərək qalib adını qazanıb.

Şahmatçımız 9 turdan 8 xal toplayaraq birinci yeri tutub. Şahmatçımız bununla yanaşı, reytinqinə 25 ELO xalı da əlavə edib. Yarışda 5-i qrossmeyster olmaqla, 16 şahmatçı iştirak edib.

Qeyd edək ki, A.Süleymanlı bu turnirdən əvvəl Monteneqroda keçirilmiş "Vladimir Bato Kontic" memorialında da qalib adını qazanıb.

Xəbər 350 dəfə oxundu.