Millimiz “Səbail”ə yoxlama oyununda məğlub olub
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

“Səbail”in U-19 komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.

U-19-un heyətində Sənan Ağalarov və Sadiq Şəfiyev fərqləniblər.

Xəbər 372 dəfə oxundu.