Karateçilərimiz Premyer Liqa turnirində mübarizəyə başlayıblar
Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer Liqa turniri start götürüb.

Bu gün karateçilərimizdən kata komandasının heyətində Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev, kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulacaqlar.

Mötəbər yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 15 idmançıdan ibarət heyət qatılıb. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edir.

Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Turnir mayın 2-dək davam edəcək.

Xəbər 378 dəfə oxundu.