Azərbaycan kubokunda 26 ildən sonra təkrarlanan rekord
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” və “Zirə” komandaları arasındakı oyunlarında 8 qol vurulub.

Azsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mərhələnin rekordunun təkrarıdır.

İndiyədək yalnız bir dəfə yarımfinal cütündə rəqiblər bu qədər qola imza atıb. 1994-1995-ci il mövsümündə “Kəpəz” klubu ilə “Kür-Nur” hər iki görüşdə heç-heçə edib – 3:3, 1:1. Mingəçevir təmsilçisi yalnız səfər qollarına görə finala yüksəlib.

İyirmi altı il sonra təkrarlanan rekord zamanı da səfər qolu həlledici olub. Öz meydanında 1:2 hesabı ilə uduzan “Keşlə” səfərdə əlavə vaxtda qələbəyə sevinib – 3:2.

Xəbər 409 dəfə oxundu.