“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində bu gün finalçılar müəyyənləşəcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalın həlledici matçında ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.

Şahmatçımız rəqibinə birinci matçda 1:3 hesabı ilə məğlub olub. Yarımfinalın digər matçında Maqnus Karlsen ermənistanlı Levon Aronyanla üz-üzə gələcək.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 365 dəfə oxundu.