Azərbaycan gimnastı Mixail Malkin Avropa çempionatının finalına yüksəlib
Azərbaycan gimnastı Mixail Malkin Soçidə keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəlib.

M.Malkin tamblinq yarışlarında 76.200 xal toplayaraq lider kimi finala adlayıb.

Gənclər arasında batut üzərində hərəkətlərdə ölkəmizi Hüseyn Abbasov, Nicat Mirzəyev və Maqsud Maqsudov təmsil edirlər. H.Abbasov 96.195 xal yığaraq təsnifatda 13-cü yeri tutub və ikinci mərhələyə çıxıb. M.Mirzəyev 89.875 xalla 30-cu, M.Maqsudov 60.070 xalla 40-cı olub.

Mayın 2-dək davam edəcək Avropa çempionatında 23 ölkədən idmançılar mübarizə aparırlar.

Azərbaycanı Avropa çempionatında N.Mirzəyev, H.Abbasov, M.Maqsudov, M.Malkin ilə yanaşı, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev təmsil edirlər.

Xəbər 366 dəfə oxundu.